Ən zəngin insan

Bir gün Allahın Rəsulu, sevimli peyğəmbərimiz Məhəmməd (s.ə.s) ümmətini, möminləri bir yerə yığaraq, gözəl dinimiz haqda insalara danışırdı. İmanlı insanlar sakitcə oturub, çox diqqətlə Onu (s.ə.s) dinləyirdilər ki, birdən qapı açılır və içəri bir kasıb ixtiyar daxil olur. Onun pal-paltarına baxanda çox kasıb olduğu görsənirdi. Gecikdiyini görən kasıb, sakitcə boş yer axtarmağa başladı. Bu zaman şəhərin ən tanınmış zəngin bir adamın yanında boş yer olduğunu görür və ora tərəf gedir. Bunu görən zəngin ağız-burnunu əyərək, pal-paltarını özünə tərəf çəkir və narazı şəkildə dodaqları ilə nəsə də deyir.
Ardı →

Əməllərimə görə qorxuram...

Saatın əqrəbləri surətlə irəliləyirdi. Şam azanına bir necə saat qalırdı. Qapının səhərdən acıq olması səbəbindən ev bərk soyumuşdu. Qəribə səssizlik var idi. Bu səssizlik mənə qəbri xatırlatdı. Və məni bərk düşündürdü. Düşündüm ki, vaxt gələcək, bu evdə tək olduğum kimi, qəbirdə də tək olacağam. Necə mənim yaxınlarım məndən uzaqda olduqları, yanımda olmadıqları kimi, bir gün gələcək, qəbirdə də belə olacağam. O zaman da, indiki kimi yalnız Rəbbim mənimlə olacaq. Məni heç zaman tək qoymayan Rəbbim. Məni hər kəsdən daha çox sevən Rəbbim.


Ardı →

Şeytan və köməkçiləri

Daxili aləmi insana qarşı intiqam hissləri ilə dolu olan şeytan köməkçiləri ilə birlikdə hər gün yığışar və insanları yoldan çıxartmaq üçün planlar hazırlayar.
Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi.
İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi:

Ardı →

Məlaikələr

Peyğəmbər (s) Cəbraildən soruşdu: «Məlaikələr də gülüb-ağlayırlarmı?» Dedi: «Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu zaman məlaikələr ona gülüb deyirlər: „Ey bixəbər! Səhərdən axşama qədər doymadın, indi doyacaqsan?!“
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: „Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!“ Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə — qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: „Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar.
Məlaikələrin ağladıqları kəlsər isə bunlardır: Biri elm ardınca gedərkən yolda ölən qəribdir. İkincisi övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Həmin vaxt həmin övladları ata-anasından qabaq dünyasını dəyişər. Məlaikələr ata-anadan qabaq həmin övladın halına ağlayarlar. Üçüncüsü gecənin bir aləmi oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: “Nə ağlayırsan?!» Həmin an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt məlaikələr onun qəribliyinə ağlayarlar.
Davamı →

Ağlayan səccadə

Yorğunluğun verdiyi ağırlıqla dərhal yuxuya getmişdi. Bir iniltiylə oyandı adam. Ətraf hələ də qaranlıq idi. İniltini yuxu gördüyünə yordu. Dodaqları susuzluqdan çatlayırdı, elə susamışdı. İşıqları yandırmadan mətbəxə gedib suyunu içdi və yatağına döndü. Tam yatmaq üzrəykən, eyni inləmə səsi təkrar eşitməyə başladı. Amm...a yuxuydumu,həqiqətmiydi fərqində deyildi. Səsin gəldiyi istiqamətə yönəldi. O an yuxuda olduğuna yaxşıca əmin oldu. Çünki eşitdiyi səsin sahibi evin tək səccadəsi idi. 
Adam çaşdı və qorxulu bir səslə

Ardı →

Kapitan Kustonun gördüyü həqiqətlər

Quranın ALLAHIN sözü olmasını sübut edən müxtəlif möcüzəvi yönləri vardır. Quran ALLAH sözü olmasını dəfələrlə isbat etmişdir. Dünyanın bir çox tanınmış elm adamları Quranın bu möcüzəsini aşkar edən kimi müsəlman olmuşlar. Bunlardan biri də İslamın nurlu yoluna gələn məşhur okeonoloq Kapitan Kusto (Jacques-Yves Cousteau) Quranın möcüzəsi qarşısında baş əyənlərdən olmuşdur. O, Cəbəllütariq boğazında birləşən Atlantik okeanı ilə Aralıq dənizinin sularının arasında maneənin olmasını kəşf etmişdir.
Ardı →

Halal və haram

 Bir gənc oğlan Kabədə hər dua edərkən bunları deyirdi: «Ey doğruların yardımçısı olan ALLAHım, Ey haramdan çəkilənlərin yardımçısı olan ALLAHım, sənə hər zaman və yalnız sənə həmd edərəm»


Ardı →

Onlar oruc tutmadılar

Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmalarını əmr edərək:
— Mən icazə vermədən kimsə orucunu açmasın, buyurar.
Hər kəs orucunu tutar. Axşam olunca, tək-tək müraciət edənlərə, iftar icazəsi verər. Bu vaxt bir adam gələrək:
— Ya Rəsulullah! İki gənc qız oruc tutdu və yoruldular. Zat-i alinizə gəlməyə utanırlar.
Ardı →